QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Tədbirlər
11 Oktyabr , 2018

11 okyabr 2018 – ci il saat 10:45- də Uşaq şöbəsi  H. Əliyev prospektində Xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyi ilə əlaqədar “İstiqlal şairi –Məmməd Araz” adlı fləşmob keçirib.Uşaq şöbəsinin işçiləri  az vaxtda M. Araz poeziyası haqqında şəhər sakinlərinə məlumat veriblər. Fəal oxuculardan bir qrupu  Məmməd Arazın “Dünya mənim, dünya sənin” , “Ata millət , ana millət, ağlama ” , “Ayağa dur  Azərbaycan , “Bizi vətən çağırır” və başqa şeirlərini söyləyib, latın və kiril qrafikası ilə nəşr olunmuş kitablarını nümayiş etdiriblər.

     H.Əliyev prospektində təşkil olunan fləşmob xüsusi tamaşaçı marağına səbəb olub.

Foto Qalereya