QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Tədbirlər
12 Oktyabr , 2018

    12 oktyabr 2018 – ci il saat 14 : 30 – da Uşaq şöbəsi açiq havada Xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyi ilə əlaqədar “Sözün Məmməd Araz dünyası ” adlı sərgi təşkil edib. Sərgidə 32 – dən cox şagird və rayon içtimaiyyəti iştirak edib.Uşaq şöbəsinin müdiri Firəngiz Abdıyeva sərgi iştirakçılarına Məmməd Arazın həyat və yaradıcılığı haqqında məlumat verib. O çıxışında qeyd edib ki, Xalq şairi Məmməd Araz Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsinə , sənətkarlıq qüdrətinə görə özünəməxsus yeri və mövqeyi olan görkəmli söz ustadıdır. Məmməd Araz vətəndaş qeyrətli ədəbiyyat nəhəngidir. Bu görkəmli şair həm də milli azadlıq ideyalı əsərlərilə istiqlal şairi olaraq əbədi şöhrət qazanıb.   Sərgi iştirakçıları Məmməd Arazın yeni nəşr olunan əsərləri ilə yaxından tanış olub və oradaca vətənpərvərlik mövzusundakı şeirlərindən bir neçəsini mütaliə edib və kitabxanaya üzv yazılıblar.

Foto Qalereya