QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Tədbirlər
17 Oktyabr , 2018

17 oktyabr 2018 – ci il tarixdə saat 13:30 – da Uşaq şöbəsi açıq havada 18 oktyabr  Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş  “Müstəqilliyimiz daimidir, əbədidir, sarsılmazdır” adlı ədəbi kompozisiya kecirib. Tədbirdə Qazax Dövlət Rəsm Qalereyasinin işçiləri, şəhər məktəblilərindən bir qrup və kitabxana işçiləri iştirak edib. Tədbirin əvvəlində şagirdlərin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib. Uşaq şöbəsinin əməkdaşı Aytəkin Quluyeva Azərbaycanın Dövlət Müstəqilliyinin yaranması haqqında məlumat verib:  XX yüzilliyin sonlarında SSRİ – nin süquta uğraması ilə yaranan əlverişli şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı ikinci dəfə müstəqillik bayrağını qaldırdı. 1991- ci il oktyabrın 18 – dən  Azərbaycan müstəqil, suveren bir ölkədir...

Şəhər məktəblilərindən  Nəsibova Dərya, Şəhniyarova Gülay, Yolçuyev Bayram,  Məmmədova Aysu, Rüstəmova Aytac , Məmmədova Elvira, Nəsiov Elcan, Əhmədzadə İbrahim, Babayeva  Xədicə vətənə aid bir birindən rəngarəng şeirlər söyləyb, mahnılar oxuyublar.

Sonda tədbir iştirakciları “18 oktyabr Azərbaycanin Dövlət Müstəqillii Günü ” adlı sərgi ilə tanış olublar.

Foto Qalereya