QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Tədbirlər
18 Oktyabr , 2018

18 oktyabr 2018-ci il tarixdə saat 14-30-da E.Hüseynov adına Mərkəzi Kitabxananın Oxu zalında Azərbaycan Dövlət Müstəqilliyi Gününə həsr olunmuş “Müstəqilliyimiz daimidir, əbədidir, sarsılmazdır” adlı ədəbi kompozisiya keçirilib.  Şəhər məktəblərindən bir qrup şagirdin, fəal oxucuların və kitabxana işçilərinin iştirak etdiyi tədbir Azərbaycan Respublikası Dövlət Himninin canlı ifası ilə açılıb. Giriş sözü ilə çıxış edən MKS-nin direktoru Solmaz Babanlı Dövlət Müstəqilliyimizin dəyəri olmayan ümumxalq sərvəti olduğunu qeyd edərək,Azərbaycanın bu gün siyasi, iqtisadi və mədəni inkişaf cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrildiyini diqqətə çatdırıb. “Müstəqillik milli sərvətimizdir” adlı məruzə ilə çıxış edən direktor müavini Münəvvər Süleymanlı Ulu öndərin dahiyanə fikirlərini xatırladıb: “Azərbaycanın Dövlət Müstəqilliyi tarixi hadisədir, Azərbaycan xalqının tarixi nailiyyətidir”.... Bu gün müstəqil demokratik respublikamız ilk növbədə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq dünya ölkələri arasında öz sözünü deyən suveren ölkədir.....

Tədbirdə iştirak edən şəhər məktəblilərindən: Tağıyeva Qənirə, Tağıyeva Hülya, Mustafayeva Aysu, Cəbrayıllı Elsevər, Abdullayev Eldar, Dərvişli Türkan, Həsənli Şəbnəm Azərbaycana, müstəqilliyə, qəhrəmanlığa həsr olunmuş şeirlər söyləyiblər. Sonda “Müstəqilliyimiz daimidir, əbədidir, sarsılmazdır” adlı sərgi ətrafında diskussiya keçirilib. 

Foto Qalereya