QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Tədbirlər
16 Oktyabr , 2018

  16 oktyabr 2018-ci il tarixdə Qazax rayon E.Hüseynov adına Mərkəzi Kitabxana18 Oktyabr -  Azərbaycanın Dövlət Müstəqilliyinə həsr edilmiş “Səyyar kitabxana” xidməti təşkil edib. Sərgidə  Respublikanın  müstəqillik illərində qazandığı uğurları, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyəti dövründə fəaliyyətini əks etdirən “Müstəqil dövlətçiliyimizin parlaq səhifəsi”, “Ucalan bayraqlı Azərbaycanım”, “Ordum varsa, yurdum var”, “Aprel döyüşləri bizim şanlı qələbəmizdir”, “2018-ci il Azərbaycan Xalq Cümhuriyyəti ili” mövzularına həsr edilmiş kitab və jurnallar nümayiş olunub. Kitabxananın əməkdaşları tədbir iştirakçılarına respublikamızda, eyni zamanda rayonumuzda gedən quruculuq işlərindən ətraflı məlumat verib. Sərgi ilə tanış olan bir qrup iştirakçı kitabxanaya üzv yazılıb.

Foto Qalereya