QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Tədbirlər
27 Oktyabr , 2018

27 oktyabr 2018-ci il tarixdə XX əsr Azərbaycan aşıq sənətinin və ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan ustad aşıq Şəmşır Qocayevin anadan olmasının 125 illiyi münasibəti ilə Qazax rayon İcra Hakimiyyətinin dəstəyi ilə tədbir keçirilib. İlk olaraq Qazax şəhərinin mərkəzində Ustad aşıqlar Dədə Ələsgərin və Aşıq Şəmşirin xatirəsinə ucaldılmış  büstlərin açılışı  olub. Sonra tədbirin bədii hissəsi  rayon Mədəniyyət Mərkəzində davam edib. Foyedə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin tərtib etdiyi  “Saz tutub, söz qoşub yada salırıq” adlı guşədə geniş və əhatəli  kitab sərgisi,  ustad aşığın əlyazmaları, haqqında yazılmış kitabları, xatirələri və özünün seçmələri nümayişi olunub. Yubiley tədbirində “Qazax Xeyriyyə” İctimai Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin üzvləri, Regional Mədəniyyət İdarəsinin, RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin şəhər və kənd İƏD üzrə nümayəndələri və bələdiyyə sədrləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhər və kənd ağsaqqalları, təqaüddə olan dövlət qulluqçuları, qonaqlar və KİV nümayəndələri iştirak edib. Qonaqlardan: - Milli Məclisin deputatı Ülviyyə Ağayeva,  Akademik Teymur Bünyadov, "Qazax Xeyriyyə” İctimai Birliyinin sədri, fizika-riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov, Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev və başqaları Dədə Ələsgərlə Dədə Şəmşirin sazının, sözünün qüdrətinə qiymət vermək üçün yığışıblar. Tədbirdə Dədə Şəmşirin ömür və sənət yoluna, həyat və yaradıcılığına həsr olunmuş videolent nümayiş olunub, aşığın zəngin irsinə bir daha nəzər salınıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yubiley tədbirində çıxış edərək bütün qonaqları, aşıq sənətini sevərləri salamlayaraq bugünkü tədbirin əhəmiyyətindən danışıb. Çıxış edən qonaqlar ustad Aşıq Şəmşir ömrünün erkən çağlarından, yetkin sənətkar  kimi saz-söz aləmindən bəhs etmişlər. Aşıqların ifasında Aşıq Şəmşirin şeirlərindən ibarət havalar səsləndirilib. Qazax Dövlət Dram Teatrınnın aktyorları Dədə Şəmşirin şeirlərindən ibarət poetik ərmağanlar hazırlayıb, Xalq şairi Səməd Vurğun və Aşıq Şəmşir görüşünü teatral  səhnədə yenidən canlandırılıb.




Foto Qalereya