QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Tədbirlər
31 Oktyabr , 2018

   31 oktyabr 2018-ci il saat 13:30-da Uşaq şöbəsi Oxu zalında Sovet İttifaqı Qəhramanı,əfsanəvi partizan Mehdi Hüseynzadənin 100 illiyinə həsr olunmuş “Adriatikdən Xəzərə şərəf gətirən Mixaylo”başlığı altında sərgi-baxış təşkil edib.Sərgidə müxtəlif yaş qurupundan olan uşaqlar iştirak edib.Uşaq şöbəsinin işçisi Quluyeva Aytəkin sərgi iştirakçılarına Azərbaycanın qəhrəmanlıq tarixinə adları şərəflə yazılan şəxsiyyətlər haqqında məlumat verib. Bu qəhrəmanlar içərisində şücaəti və qorxmazlığı ilə xüsusilə seçilən Mehdi Hüseynzadənin xüsusi yeri olduğunu qeyd edib. Əfsanəvi partizanın döyüş yolu və qəhrəmanlığı haqqında qısa və ətraflı məlumat verib. Məktəblilər xüsusi bir diqqətlə sərgini izləyiblər. 

Foto Qalereya