QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Tədbirlər
6 Noyabr , 2018

6 noyabr 2018-ci il tarixdə saat 11:00 – da Qazax rayon MKS E.Hüseynov adına Mərkəzi Kitabxananın Oxu zalında Dövlət Bayrağı Günü münasibətilə  “9 noyabr -  Dövlət Bayrağı Günü“ adlı video – çarx nümayiş etdirib. Tədbirdə mədəniyyət işçiləri və fəal oxuculardan ibarət olmaqla  52 nəfər iştirak edib. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra MKS – nin direktoru Solmaz Babanlı çıxış edərək qeyd edib ki, bayraq  ilk dəfə 9 noyabr 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmiş, sonra yenidən 5 fevral 1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də “Azərbaycan  Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamı  ilə Azərbaycanda hər il 9 noyabr Dövlət Bayrağı Günü kimi qeyd olunur. Sonra  “9 noyabr -  Dövlət Bayrağı Günü“ adlı video – çarx nümayiş olunub, kitab, jurnal və audiovizual nəşrlərdən tərtib olunmuş “Ucalan Bayraqlı Azərbaycanım” adlı sərgiyə baxış keçirilib.

 

Foto Qalereya