QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Tədbirlər
7 Noyabr , 2018

7 noyabr 2018-ci il tarixdə saat 14:30- da Qazax rayon MKS E.Hüseynov adına Mərkəzi Kitabxananın Oxu zalında Dövlət Bayrağı Günü münasibətilə  “Milli Bayrağım- Fəxrim, Qürurum! “ adlı ədəbi – bədii kompozisiya keçirib. Tədbirdə tələbələr, fəal oxucular  və mədəniyyət işçilərindən bir qrup olmaqla 55 nəfər  iştirak edib.

MKS-in direktoru Solmaz Babanlı bayram münasibətilə iştirakçıları təbrik etdikdən sonra  Azərbaycanın Dövlət Himni səsləndirilib. Kitabxananın mütəxəssisi Səyalı Abdullayeva “Milli Bayrağım- Fəxrim, Qürurum!”  adlı məruzəsində Azərbaycan Bayrağının şanlı tarixi haqqında tədbir iştirakçılarına məlumat verib.

Şəhər 2 saylı Uşaq musiqi məktəbinin saz sinfinin şagirdi Vəliyev Mustafanın sazda müşayəti altında Mustafayev Şahin, Mustafayeva Aysu, İsgəndərova Nərmin, Məmmədova Sevinc, Arıxova Aysel  və başqaları Azərbaycana, Bayrağımıza həsr olunmuş şeirlər söyləyiblər.

Sonda “Ucalan Bayraqlı Azərbaycanım!” adlı sərgiyə baxış keçirilib
Foto Qalereya