QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
7 Noyabr , 2018

7 noyabr 2018-ci il tarixdə saat 15:00-da Birinci Şıxlı kənd kitabxana filialı  Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə “Bayraq mənliyimdir, bayraq kimliyim!” adlı ədəbi kompozisiya keçirib. Tədbirdə kənd Folklor evinin işçiləri və fəal oxuculardan ibarət olmaqla 15 nəfər iştirak edib.

Tədbiri kitabxana filialın müdiri Naibə Sadıqova açaraq bildirib ki,  Azərbaycan respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Müqəddəs dövlətçilik rəmzinə çevrilmiş üçrəngli bayrağımıza yenidən həyat, dəyər verən ulu öndərimiz , ümummilli liderimiz Heydər Əliyev oldu. Onun təşəbbüsü ilə 1990 - cı il noyabrın 17- də  milli - mənəvi dəyərlərimizə, ümumbəşəri ideallara sadiqliyimizin inikası olaraq üçrəngli bayraq Naxçıvan MR - nın Ali Məclisi tərəfindən qəbul edildi.

     Kitabxanaçı Afət Talıbova və  Folklor evinin müdiri Natiq Eyyubov çıxışlarında qeyd ediblər ki, ölkə Prezidenti İlham Əliyevin 17 noyabr 2009 - cu il tarixli sərəncamı ilə noyabrın 9 - nun Dövlət Bayrağı Günü kimi elan etməsi hər bir ölkə vətəndaşının qürur hissini artıran, dövlətçiliyimizə məhəbbət və ehtiramını yüksəldən yeni bir amilə çevrildi.

Fəal oxucular  Bayrağa, Vətənə və Müstəqilliyə aid şeirlər söyləyiblər