QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
7 Noyabr , 2018

7 noyabr 2018-ci il tarixdə saat 15:00-da  Daş Salahlı kənd kitabxana filialı Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə “Mənim Bayrağım – Mənim Fəxrim”  adlı  ədəbi-bədii  kompozisiya keçirib. Tədbirdə kənd əhalisi,  fəal oxucular və mədəniyyət işçilərindən bir qrup  olmaqla 50 nəfər  iştirak edib.

 Kitabxana filialın müdiri Göyçək İbrahimova  çıxış edərək bayram münasibətilə  iştirakçıları təbrik edib və Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayrağın xalqımızın azadlıq məfkurəsinə, milli mənəvi dəyərlərə və ümumbəşəri ideyalara sadiqliyini nümayiş etdirdiyini bildirib.

Mədəniyyət işçilərindən Hökümə Eyyubova,  Natavan Mustafayeva, Əntiqə Əliyeva  bu əlamətdar gün münasibətilə fikirlərini bölüşüblər.

Fəal oxucular Dövlətə, Bayrağa, Müstəqilliyə aid şeirlər söyləyiblər. Musayev Kənanın  nağarada, Allahverənov Fərhadın sazda ifaları tədbir iştirakçılarının zövqünü oxşayıb.

Sonda  “Mənim Bayrağım – Mənim Fəxrim”  adlı  sərgiyə baxış olub