QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
8 Noyabr , 2018

   8 noyabr 2018-ci il tarixdə saat  14:30-da Xanlıqlar kənd kitabxana filialı  kənd tam orta məktəbdə “ Bayrağımız yenilməzdir” adlı ədəbi kompozisiya keçirib. Tədbirdə məktəbin müəllim və şagird kollektivindən bir qrup olmaqla 35 nəfər iştirak edib.

Tədbiri  açan kitabxana filialın müdiri Səbinə Alıyeva çıxışında bildirib ki, bayrağımız 28 ildir ki, Azərbaycan üzərində dalğalanır. Bu bizi əbədi və dönməz müstəqilliyimizə aparan yoldur. Bizim  qürur  yerimiz  olan dövlət  atributlarından biri də Azərbaycan  bayrağıdır. 

 Məktəbin müəllimləri:  Xatın Hüseynxanova, Turə Şükürova çıxışlarında qeyd ediblər ki, Ulu öndər Heydər Əliyevin qurduğu  Azərbaycan   dövləti  bizim qürur mənbəyimizdir. Biz fəxr edirik ki, belə bir dövlətdə yaşayırıq. Azərbaycan yüksək sürətlə inkişaf edərək dünya dövlətlərinin əksəriyyətini ötüb keçmişdir.

Şagirdlərdən: Şahbazov Fatimə, İsmayılova Aytəkin, Səmədov İsgəndər, Cəfərova Mətanət, Məmmədli Aysun, Adıgözəlli Yasəmən, Dəlibaşov İlkin və başqaları Dövlətə, Bayrağa, Müstəqilliyə aid şeirlər söyləyiblər.