QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
8 Noyabr , 2018

  8 noyabr 2018-ci il tarixdə  Cəfərli kənd kitabxana filialı Diyarşünaslıq klubunda  “ Milli Bayrağım – Fəxrim, Qürurum” adlı ədəbi kompozisiya keçirib. Tədbirdə mədəniyyət işçiləri və fəal oxuculardan ibarət olmaqla 30 nəfər iştirak edib.   Kitabxana filialın müdiri Qəmər Mustafayeva tədbiri açaraq bildirmişdir: - Bu gün uğurla addımlayan suveren, müstəqil dövlətimizin başının üstündə dalğalanan üç rəngli bayrağımız bütün vətəndaşların qəlbində qürur hissi yaradır. Hazırda dünyanın nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər tədbirlərdə dövlət bayrağımız qürurla dalğalanır. Kitabxanaçı Nəzifə Lahıcova , Diyarşünaslqı klubunun müdiri Esmira Mustafayeva çıxışlarında da qeyd ediblər ki, milli bayrağın mahiyyətini, mənəvi-ideoloji mənasını anlamayan bir kəsdə bayraq sevgisi yarana bilməz. Fəal oxucular Dövlətə, Bayrağa, Müstəqilliyə aid şeirlər söyləyiblər.