QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
8 Noyabr , 2018

  8 noyabr 2018-ci il tarixdə saat 14:30-da Aslanbəyli kənd  M.Vəliyev adına kitabxana filialı  tam orta məktəbdə “Bayrağımız yenilməzdir” adlı ədəbi kompozisiya keçirib. Tədbirdə məktəbin müəllim,  şagird kollektivi və mədəniyyət işçilərindən ibarət olmaqla 87 nəfər iştirak edib. Tədbirdə  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri məktəbin direktoru  Dilqəm Məmmədov açaraq qeyd edib ki, bayraq hər bir dövlətin mövcudluğunun simvolu, azadlığının rəmzi, dövlətin varlığını,  tarixini, milli mənsubluğunu, dəyər və mənəviyyatını özündə cəmləşdirən atributdur.  Dövlətin şərəf tarixi, mübarizə əzmi bayraqla tanınır, bayraqla ucalır. Kitabxana filialın müdiri Şölə Rəhimova, Uşaq Birliyi Təşkilatının rəhbəri Gülhava Yaqubova mübarizliyimizin əzmi nəticəsində dünyanın müxtəlif hissələrində dalğalanan Azərbaycan bayrağının hər bir azərbaycanlı üçün fəxarət, qürur mənbəyi olmasından danışıb. Şagirdlərdən: Qaravəliyev Məhəmməd, Qaravəliyev Yasin, Məmmədov Nurlan, Vəliyev Nurvin və başqaları Dövlətə, Bayrağa, Müstəqilliyə aid şeirlər söyləyiblər.