QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
8 Noyabr , 2018

  8 noyabr 2018-ci il tarixdə saat 13:30-da Qarapapaq kənd kitabxana filialı Sənətkarlıq klubunda  “Ucalan bayraqlı Azərbaycanım” adlı ədəbi kompozisiya keçirib. Tədbirdə fəal oxucular və mədəniyyət işçilərindən ibarət olmaqla 27 nəfər iştirak edib. Sənətkarlıq evinin müdiri Gülənbər Mahmudova tədbiri açaraq əlamətdar günün əhəmiyyətindən danışıb. Qeyd edib ki, bayraq hər bir azadlığa qovuşmuş xalqın qürur mənbəyidir. Dövlət müstəqilliyimizin əsas atributlarından olan bayraq Azərbaycan xalqı üçün şərəf rəmzidir. Kitabxana filialın müdiri Əntiqə Əliyeva, kitabxanaçı Səbinə Vəliyeva, mədəni-təşkilatçı Nigar Yaqubova ölkənin varlığını, tarixini, dəyər və mənəviyyatını özündə cəmləşdirən vacib atribut olan bayrağımız haqqında ətraflı danışıblar.  Fəal oxucular Dövlət Rəmzinə həsr olunmuş şən mahnılar oxuyub, müxtəlif kompozisiyalar göstəriblər. Vəliyeva Aysu, Qurbanlı Nuray, Ələkbərov Tunar, Cəfərov Xəliddin, Vəliyev Polad və başqaları “Üç rəngli bayraq”, “Qurban olum Azərbaycan”, “Azərbaycanım mənim”, “Bayraq” şeirlərini söyləyiblər.