QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
8 Noyabr , 2018


8 noyabr 2018-ci il tarixdə saat 11:30-da Dəmirçilər kənd kitabxana filialı  “ Milli  Bayrağım – Fəxrim,  Qürurum” adlı məruzə keçirib. Tədbirdə kənd tam orta məktəbin müəllim,  şagird kollektivi  və mədəniyyət işçilərindən bir qrup olmaqla 27 nəfər iştirak edib. Kitabxana filialın müdiri Xanım Hüseynova tədbiri açaraq  Azərbaycan Respublikasının rəmzləri haqqında ətraflı məlumat verib: Üçrəngli bayrağımız Azərbaycanımızın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir. Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. 

          Ədəbiyyat müəllimi Şərqiyyə Mansırova“ Milli  Bayrağım – Fəxrim,  Qürurum” adlı məruzə ilə çıxış etdi:Bayrağın təşkil  olunduğu  rənglər,  onun üzərindəki rəmzlər xalqın hansı etnik mənsubiyyətə, mədəniyyətdinə sahib olduğunu, onun hansı amallar uğrunda mübarizə apardığını göstərir. Azərbaycan bayrağı üzərindəki mavi, qırmızı və yaşıl rənglər, eyni zamanda, aypara və səkkizguşəli ulduz özündə ehtiva etdiyi mənalarla xalqımızın tarixi keçmişindən xəbər verir.

 Sənətkarlıq evinin müdiri Tərlan Əhmədova məruzə ətrafı çıxışında hər bir Azərbaycanlının  bayrağımızın yüksək zirvələrə ucaldılması naminə daim  əzmkarlıqla çalışmalı olduğunu iştirakçıların nəzərinə çatdırıb.

Fəal oxuculardan: Hüseynova Aysel, Kərimova Aytac, Qasımova Pəri və başqaları Dövlət, Bayraq və Müstəqillik haqqında şeirlər söyləyiblər.