QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
7 Noyabr , 2018

7 noyabr 2018-ci il tarixdə saat 14:30-da Aşağı Salahlı kənd kitabxana filialı  kənd Körpələr evi – Uşaq bağçasında “Həmişə göylərdə dalğalan, Bayrağım!” adlı bayram şənliyi  keçirib. Tədbirdə bağçanın müəllimləri, tərbiyəçilər və körpə fidanlar, mədəniyyət işçilərindən ibarət olmaqla 47 nəfər  iştirak edib.  Tədbirdə  Azərbaycanın Dövlət Himni səsləndirilib. Kitabxanaçı Nabat Yaqubova  balaca fidanlara  Respublikamızın dövlət atributları barədə məlumat verib. Üç rəngli bayrağımızın rənglərindən, onların mənasından danışıb .  Bağça müəllimləri  çıxış edərək Azərbaycanın Dövlət Bayrağı günü  münasibətilə tədbir iştirakçılarını təbrik edib. Körpə fidanlar Vətənə, Bayrağa  aid şerlər söyləyib, mahnılar oxuyublar.