QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Tədbirlər
8 Noyabr , 2018

8 noyabr 2018-ci il tarixdə saat 14:30-da Uşaq şöbəsi açıq havada 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş “Milli Bayrağım-Fəxrim , Qürurum!” adlı ədəbi – bədii kompozisiya keçirib. Tədbirdə mədəniyyət işçiləri, şəhər 4 saylı tam orta məktəbin 3- cü sinif şagirdləri, valideyinlər və fəal  oxucular ıştirak edib. Tədbir Azərbaycan Dövlət Himninin sədaları altında açılıb.  Uşaq şöbəsinin müdiri Abdıyeva Firəngiz iştirakçıları bayram münasibəti ilə təbrik edərək  Azərbaycan Respublikasının Dövlət bayrağının Azərbaycan Dövlətinin suverenliyinin rəmzi olduğunu qeyd edib, əlavə olaraq bildirib ki, Azərbaycanın ücrəngli milli bayrağı həm də müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət atributlarından biridir. Hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Uşaq şöbəsinin işçisi Musayeva Gülbəsti “Mənim bayrağim-mənim fəxrim” adlı çıxışında tədbir iştirakçılarına bayrağımız haqqında ətraflı məlumat verib. Şəhər 4 saylı tam orta məktəbinin 3-cü sinif şagirdləri ümummilli lider Heydər Əliyevin “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” möhtəşəm çıxışının sədaları altında bayrağa həsr olunmuş bir-birindən fərqli kompozisiya göstərib. Qədimli Yağmur, Qədimli Onur, Mehdiyev Polad, Məmmədov Ayxan, Xəlilli Ramil “Azərbaycan bayrağı”, Şalbuzlu Fidan, Məmmədov Ümid, Mehdizadə Kənan, Aslanov Məhəmməd B. Vahabzadənin “Bayraq ”şerini söyləyiblər. Uşaqlar, şən mahnılar oxuyub və rəqs ediblər. Sonda xatirə şəkili çəkilib.

Foto Qalereya