QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
8 Noyabr , 2018

8 noyabr 2018-ci il tarixdə  saat 14:00- da Qazax rayon MKS-nin Multimedia kitabxana filialı Heydər Əliyev Mərkəzində Dövlət suverenliyimizin rəmzi , Azərbaycan Respublikasının Dövlət atributlarından biri olan Milli Bayrağımızın yaranması günü ilə əlaqədar  “Ucal Qarabağda ey əzəmət simvolu-Azərbaycan bayrağı!” başlıqlı tədbir keçirib. Tədbirdə Qazax şəhər  3 saylı   orta məktəbin şagird və müəllimlərindən ibarət 20 nəfər iştirak edib.  Azərbaycanın Himni səsləndirildikdən sonra  kitabxananın müdiri Rufina Namazova tədbir iştirakçılarına bayrağımız haqqında məruzəsində bildirib ki, bu gün qürurla deyə bilərik ki, dövlətimizin bayrağı dünyanın hər yerində, ən mötəbər təşkilatların qarşısında dalğalanır, ən mötəbər idman arenalarında ən yüksəkdə dalğalanır, humanitar və mədəni tədbirlərdə zirvələrə yüksəldilir. Biz isə bununla fəxr edirik. Bütün bunlara görə Ümummmilli liderimiz Heydər Əliyevin ideyalarına, onun müəyyənləşdirdiyi siyasətə borcluyuq. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.”  Sonra 3 saylı tam orta məktəbin  direktoru Nailə Əfəndiyeva  çıxış edərək bayrağımızın yaranma tarixindən qısa məlumat verib. Məktəbin şagirdləri bayrağa həsr olunmuş şeirlər söyləyiblər. Tədbirdə “Çırpınırdı Qara dəniz” mahnısı səsləndirilib, “Bayraq müstəqilliyimizin simvoludur” adlı film nümayiş etdirilib.