QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
21 Yanvar , 2019

21 yanvar 2019-cu il tarixdə saat 12:45-də Cəfərli kənd kitabxana filialı  “20 yanvar – xalqımızın hüzn və şərəf günü” adlı anım tədbiri keçirib. Tədbirdə mədəniyyət ,  Körpələr evi – Uşaq bağçasının işçiləri və fəal oxuculardan ibarət olmaqla 27 nəfər iştirak edib. Tədbiri giriş sözü ilə açan kitabxana filialın müdiri Qəmər Mustafayeva çıxışında qeyd edib ki, 20 Yanvar Azərbaycan xalqını qorxutmaq, onun mübarizliyini sındırmaq məqsədi daşıyırdı. Amma onu həyata keçirənlər məqsədlərinə çatmadılar. Həmin gün Bakı küçələrində tökülən şəhid qanları xalqımızın milli oyanışının al şəfəqinin simvolu oldu. Məhz buna görə 20 Yanvar milli hüzn və eyni zamanda milli qürur günüdür.  Diyarşünaslqı klubunun müdiri Esmira Mustafayeva çıxışında bildirib ki, Azərbaycan xalqının tarixinə Qanlı yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 yanvar hadisələrindən 29 il keçir. Ancaq həmin o günlər xalqımızın yaddaşında əbədi həkk olunub. Vətən öz şəhidlərini heç vaxt unutmayacaq. 20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür. Fəal oxucular Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər söyləyib.