QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
28 Yanvar , 2019

28 yanvar 2019-cu il tarixdə saat 14:30-da Qazaxbəyli kənd kitabxana filialı “Sağlam gənclik millətin sabahıdir” adlı breyn-rinq İntellektual bilik yarışı keçirib. Tədbirdə gənc şairə Nuranə Təbrizi, məktəblilər və mədəniyyət işçilərindən ibarət olmaqla 27 nəfər iştirak edib.  Tədbiri giriş sözü ilə kitabxana filialın müdiri Sevinc Alməmmədova açaraq bildirib ki,  gənclik hər bir millətin inkişafının təməl daşıdır. Məhz bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir.  Gənc şairə Nuranə Təbrizi, Diyarşünaslıq klubunun müdiri Mehparə Salmanova çıxışlarında qeyd ediblər ki, bizim əsas məqsədimiz  gənc nəsli Vətənə məhəbbət, elinə və obasına hörmət, soykökünə sədaqət ruhunda tərbiyə etməkdir. Tədbirdə “Vətən”, “Alov” və “Günəş” komandaları öz İntellektual bilik yarışlarını nümayiş etdirib. Qalib komandaya Salatın Əhmədli və Rövşən Babanlının “Qazax mahalının alimləri” adlı kitabları hədiyyə edilib.