QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
31 Yanvar , 2019

31 yanvar 2019-cu il tarixdə saat 12:15-də Xanlıqlar kənd kitabxana filialı  2 Fevral- Gənclər Gününə həsr olunmuş “Gənclər bizim gələcəyimizdir” adlı məruzə keçirib. Tədbirdə Körpələr evi – Uşaq bağçasının və mədəniyyət  işçilərindən  ibarət olmaqla 12 nəfər iştirak edib. Tədbiri giriş sözü ilə açan kitabxana filialın müdiri Səbilə Alıyeva çıxışında qeyd edib ki, 1997-ci il fevralın 1-də Azərbaycan Gənclərinin I Forumunun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən ümummilli liderimiz  Heydər Əliyev 2 fevral Azərbaycan gəncləri gününün elan edilməsi haqqında Sərəncam imzalamışdır. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Kitabxanaçı Lətafət Adıgözəlova:  Gənclik yeni nəsil deməkdir, kökünə bağlı,  əcdadının yolu ilə gedən, milli, mənəvi dəyərlərinə, sadiq, əyilməz, alnıaçıq, həm də tükənməz gücdür.  Bu gün həmin gücə dövlətimiz güvənir və ölkəmizin bütün sahələrində həmin gücdən istifadə edilir – deyərək gəncləri bayram münasibətilə təbrik edib.