QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
1 Fevral , 2019

1 fevral 2019-cu ildə saat 14:15-də İkinci Şıxlı kənd kitabxana filialı Sarıvəlli kitabxana filialında  2 Fevral – Gənclər Gününə həsr olunmuş “Azərbaycan gəncləri” adlı məruzə keçirib. Tədbirdə tam orta məktəbin müəllim və şagird kollektivindən bir qrup, mədəniyyət işçilərindən ibarət olmaqla 30 nəfər iştirak edib.Sarıvəlli kitabxana filialın müdiri Mənsurə Mikyılova  2 fevral - Azərbaycan Gəncləri Gününün əhəmiyyətindən danışaraq, bu günün Ulu Öndərimizin gənclərə hədiyyəsi olduğunu diqqətə çatdırıb. Ulu öndər Heydər Əliyevin gənclərə daim yüksək qayğı ilə yanaşdığını, onların inkişafını diqqət mərkəzində saxladığını,hazırda ölkəmizdə vətənpərvər və yüksək intellektli gənclərin yetişdiyini bildirib.Dərs hissə müdiri Nərminə Hüseynova, fizika-riyaziyyat müəllimi Günel Mustafayeva, kitabxana filialın müdiri Südabə Musayeva, mədəniyyət işçilərindən Gülbəniz Nəsibova, Cəvahir Hüseynova, Çiçək Omarova  iştirakçılarının timsalında  bütün gəncləri  Azərbaycan Gəncləri Günü münasibətilə ürəkdən təbrik edib, ölkənin, rayonun inkişafında onlara yeni-yeni uğurlar arzulayıblar.Fəal oxuculardan: Qocayeva Lamiyə, Mustafayeva Lalə, Məmmədova Güldanə, Qurbanova Nərgiz və başqaları gəncliyə həsr olunmuş şeirlər söyləyiblər.