QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
1 Fevral , 2019

1 fevral 2019-cu il tarixdə saat 15:30-da Aşağı Salahlı kənd kitabxana filialı Diyarşünaslıq evi  ilə birlikdə 2 Fevral – Gənclər Gününə həsr olunmuş “Gənclər bizim gələcəyimizdir” adlı məruzə keçirib. Tədbirdə kənd İcra nümayəndəsinin müavini Kəmaləddin Musayev, Bələdiyyə sədri Taleh Həsənov, fəal oxucular və mədəniyyət işçilərindən ibarət olmaqla 25 nəfər iştirak edib. Tədbiri kitabxana filialın müdiri Fatmanisə Hüseynova açaraq bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüçlü yeni nəsil yetişmişdir. Kəmaləddin Musayev, Taleh Həsənov, Rasimə Hüseynova, Nabat Yaqubova  çıxışlarında qeyd ediblər ki, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir. Azərbaycan Dövlət Pedaqoji Universitetininin  tələbəsi Abdullayeva Nəzrin Gənclər Gününün elan edilməsi ilə bağlı fikirlərini söyləyərək vurğulayıb  ki, biz gənclər, bu gün daha da vətənpərvər olmalı, dərslərimizi yaxşı oxumalı, nizam- intizama ciddi riayət etməliyik.