QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Tədbirlər
11 Fevral , 2019

11 fevral 2019-cu il tarixdə saat 11:00-da Qazax rayon Mədəniyyət  Mərkəzində Ağstafa Regional  Mədəniyyət İdarəsinin  Qazax rayonu üzrə  nümayəndəsi  Valeh Vəliyev, MİHİ Qazax rayon Komitəsinin  sədri İsgəndər Qurbanov, şəhər 2 saylı uşaq musiqi məktəbinin tar müəllimi, MİHİ Qazax rayon Komitəsinin rəyasət heyətinin üzvü Vaqif Əliyev və mədəniyyət işçilərinin iştirak etdiyi  tədbiri giriş sözü ilə açan MKS –nin direktoru Solmaz Babanlı E.Hüseynov adına Mərkəzi Kitabxananın Komplektləşdirmə və kitabişləmə şöbəsinin sistem inzibatçısı  İsmayılova Zenfira Qurban qızının əmək fəaliyyəti haqqında qısa və ətraflı məlumat verib: İsmayılova Zenfira MKS – də fəaliyyət göstərdiyi uzun müddət ərzində işgüzarlığı və səmərəli fəaliyyəti ilə özünə xüsusi yer tutub, kollektivin dərin rəğbətini qazanıb... Çıxış edənlər  V. Vəliyev, İ. Qurbanov və V. Əliyev Zenfita Qurbanovanın ünvanına xoş sözlər söyləyərək onun  qabaqcıl işçi olduğunu qeyd ediblər. Yubliyara İ.Qurbanov tərəfindən “Kitabxana işi sahəsindəki xidmətləri və 65 illik yubileyi münasibətilə Fəxri Fərman”,  MİHİ Qazax rayon Həmkarlar Komitəsi və kitabxana əməkdaşları tərəfindən qiymətli hədiyyələr təqdim edilib.  Sonda xatirə şəkili çəkdirilib.


Foto Qalereya