QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
12 Fevral , 2019

12 fevral  2019- ci il tarixdə saat 15:00-da Qazax rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Multimedia kitabxana filialında “Azərbaycanın böyük yazarı” Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyinə həsr olunmuş söhbət keçirilib. Tədbirdə Əli Əhmədov adına  Qarapapaq kənd ümumi orta məktəbin müəllim və şagirdlərindən bir qrup olmaqla 15 nəfər iştirak edib. Tədbirdə  filial müdiri Rufinə Namazova ədibin həyat və yaradıcılığı haqqında məktəblilərə məlumatında bildirib ki, ilk nömrəsi 1906-cı il aprelin 7 də (köhnə stil ilə 20 aprel) çıxan "Molla Nəsrəddin" jurnalının nəşrinə başlamaqla o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoydu. Həmin vaxtdan o, Molla Nəsrəddin   adı ilə tanındı. Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi yazıçı və jurnalistlərlə möhkəm ideya-yaradıcılıq əlaqəsi yarandı. Sonra isə müəllim Ofeliya Abdullayeva, şagirdlərdən  Qocayev Abbasqulu, Quliyeva Lamiyyə Cəlil Məmmədquluzadənin əsərləri haqqında fikirlərini bildiriblər.   Fəal oxucu  Könül Məmmədova ”Poçt qutusu” əsərindən bir parçanı söyləyib. Tədbir iştirakçıları ədəbin həyat və yaradıcılığına həsr olunmus kitab sərgisi ilə tanış olublar.