QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Tədbirlər
13 Mart , 2019

  13 mart 2019-cu il tarixdə saat 15-30-da Qazax rayon MKS E.Hüseynov adına Mərkəzi kitabxananın oxu zalında  görkəmli yazıçı Mehdi Hüseynin 110 illiyinə həsr olunmuş “Ədəbiyyatımızın düşünən beyni” adlı məruzə keçirib. Mədəniyyət işçilərindən ibarət 38 nəfərin iştirak etdiyi tədbirdə kitabxananın əməkdaşı Bəsdi Məmmədova “Ədəbiyyatımızın düşünən beyni” adlı məruzə ilə çıxış edib. Məruzədə görkəmli ədibin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib: Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixində əvəzsiz xidmətlər göstərən Mehdi Hüseyn çoxcəhətli yaradıcılığa malik sənətkardı. O, ömrünü Azərbaycan ədəbiyyatının inkişafına həsr etmişdir. Mehdi Hüseynin “Abşeron”, “Qara daşlar”, “Alov”, “Nizami”, “Səhər”, “Cavanşir”, “Yeraltı çaylar dənizə axır” və başqa əsərləri ədəbiyyatımızın qızıl fonduna daxil olmuşdur. Məruzə ətrafında çıxış edən MKS-nin direktor müavini Münəvvər Süleymanlı, Komplektləşdirmə və kitabişləmə şöbəsinin müdiri Sədaqət Qasımova, Şəhər 1 saylı diyarşünaslıq klubunun müdiri Mehriban Əhmədova, Dövlət Sosial-Iqtisadi Kollecin  III kurs tələbəsi Lamiyə Qasımova Mehdi Hüseynin azadlığı və azad sözü sevən, yaradıcılığı boyu həyat həqiqətlərinə sadiq qalmağa çalışan, həyatın hər üzünü görən, sözün əsl mənasında Yazıçı olduğunu qeyd ediblər. Sonda Yazıçının yaradıcılığına həsr olunmuş “Ədəbiyyatımızın düşünən beyni” adlı sərgiyə baxış keçirilib.

Foto Qalereya