QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
8 May , 2019

  08 may 2019-cu il tarixdə saat 14:15-də Aslanbəyli kənd kitabxana filialı tam orta məktəblə birgə  9 May Qələbə Günü münasibətilə “ Qələbəmizin tarixi” adlı informasiya saatı keçirib. Tədbirdə məktəbin müəllim, şagird kollektivndən bir qrup və mədəniyyət işçilərindən ibarət olmaqla 55 nəfər iştirak edib. Tədbiri məktəbin Uşaq birliyinin rəhbəri Günay İlqar qızı açaraq bildirib ki, qələbə Azərbaycan xalqına da asan başa gəlməyib. Müharibədə iştirak etmiş soydaşlarımızın təxminən yarısı döyüşlərdə həlak olub. Onlar amansız döyüş meydanlarında fədakarcasına vuruşaraq, həm də doğma Azərbaycanı faşizmdən qoruyublar. Respublikamızı təmsil edən 170 mindən çox döyüşçünün orden və medallarla təltif edilməsi, 130 nəfərin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna sübutdur. Kitabxana filialın müdiri Şölə Rəhimova və kitabxanaçı Hilal Vəliyeva çıxışlarında qeyd ediblər ki, Azərbaycan övladlarının İkinci dünya müharibəsində göstərdikləri qəhrəmanlıq gənc nəslə vətənpərvərlik nümunəsidir. Bu gün həmin müharibənin iştirakçısı olan insanlara göstərilən böyük diqqət və qayğı isə Prezident İlham Əliyevin mənəvi dəyərlərimizə bağlılığının, öz xalqının qəhrəmanlıq salnaməsinə dərin ehtiramının və Ulu Öndərin ideyalarını yaşatmasının bariz təcəssümüdür. Fəal oxucular Qələbəyə, Vətənə aid şeirlər söyləyiblər.