QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
8 May , 2019

   08 may 2019-cг il tarixdə saat 15:00-da Daş Salahlı kənd 1 saylı kitabxana filialı  1941-1945-ci il abidəsinin II Dünya müharibəsində faşist Almaniyası üzərində əldə olunmuş tarixi zəfərin 74 illiyi münasibətilə  “9 may: Faşizm üzərində qələbə günüdür” adlı anım tədbiri keçirib. Tədbirdə kənd Sənətkarlıq evi, 1 və 2 saylı Sənətkarlıq klubunun işçiləri və bir qrup fəal oxuculardan ibarət olmaqla 32 nəfər iştirak edib. Tədbiri giriş sözü ilə açan kitabxana filialın müdiri Göyçək İbrahimova bildirib ki, bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalan İkinci Dünya müharibəsi həmin gün SSRİ-nin qələbəsi ilə başa çatıb və faşizm süqut edib. Kitabxanaçı Rübabə Süleymanova, Sənətkarlıq evinin müdiri Natavan Mustafayeva çıxışlarında qeyd ediblər ki,  həmin müharibə zamanı göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif edilib. Fəal oxuculara Qələbəyə, Vətənə aid şeirlər söyləyiblər. Tədbir iştirakçıları müharibə qəhrəmanlarına həsr olunmuş xatirə abidəsinə tər çiçəklər düzüb  və xatirə şəkili şəkilib.