QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
8 May , 2019

    08 may 2019-cu il tarixdə saat 12:30-da Qarapapaq kənd kitabxana filialı  Sənətkarlıq klubu ilə birgə ulu öndər Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə  “Tariximizin Azərbaycanlı Dahisi” adlı məruzə keçirib. Tədbirdə fəal oxucular və mədəniyyət işçilərindən ibarət olmaqla 25 nəfər iştirak edib. Tədbiri giriş sözü ilə açan kitabxana filialın müdiri Əntiqə Əliyeva “Tarixinin azərbaycanlı dahisi" adlı məruzə ilə çıxış edib: - Ümummilli lider Heydər Əliyev daim Azərbaycanda milli oyanışın önündə dayanmışdır. Bu gün Azərbaycanı quran və inkişaf etdirən kadrları ötən əsrin 70-80-ci illərində məhz Heydər Əliyev hazırlamışdır. Sənətkarlıq evinin müdiri Gülənbər Mahmudova məruzə ətrafı çıxışında qeyd edib ki, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin uğurlu siyasətini layiqincə davam etdirən İlham Əliyevin gərgin səyi nəticəsində bu gün Azərbaycan müstəqil, ədalətli, demokratik, dünyəvi dövlət kimi daim irəliləyir. Fəal oxuculardan: Əhmədli Aysu, Bəhrəmova Aydan, Xasməmmədova Aysu, Əliyev Elcan, Bəhrəmova Aysu, Əhmədli Mətin, Bəhrəmova Aybəniz və başqaları Ulu Öndərə həsr olunmuş şeirlər söyləyiblər. Sonda “Tariximizin Azərbaycanlı Dahisi” adlı sərgiyə baxış olub.