QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Tədbirlər
8 May , 2019

 08 may 2019-cu il tarixdə Qazax rayon MKS-in E.Hüseynov adına Mərkəzi kitabxana Mədəniyyət Mərkəzi ilə birlikdə kitabxananın Oxu zalında  İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar  “Cahana sığmayan şair” adlı  tədbir  keçirib.  Tədbirdə Mədəniyyət Mərkəzi, Mərkəzi Kitabxananın işçiləri və Hüseynbəyli kənd tam orta məktəbinin bir qrup şagirdləri iştirak edib. Tədbiri Mədəniyyət  Mərkəzinin mədəni təşkilatçısı Nailə Əliyeva açaraq Nəsiminin yaradıcılığının  bu gün də insanların mənəvi -əxlaqi cəhətdən kamilləşməsinə xidmət etməsindən danışıb.Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova  çıxış edərək ana dilli poeziyamızın inkişafında müstəsna rol oynayan mütəfəkkir şair İmadəddin Nəsiminin əbədi yaşayacaq bədii irs yaratmasından danışıb.  MKS-nin direktoru Solmaz Babanlı, MİHİ-nin Qazax rayon Komitəsinin sədri İ.Qurbanov da görkəmli Azərbaycan şairi İ.Nəsiminin  bir çox ideyalarının indi də aktual olduğunu diqqətə çatdırıblar. Sonra Hüseynbəyli kənd orta məktəb şagirdləri görkəmli şair İmadəddin Nəsiminin qəzəllərini söyləyiblər və Mərkəzi Kitabxananın təşkil etdiyi kitab sərgisinə baxış keçirilib.  

Foto Qalereya