QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
8 May , 2019

08 may 2019-cu il tarixdə saat 14:15-də Dəmirçilər kənd kitabxana filialı tam orta məktəbdə faşizm üzərində qələbənin 74-cü  ildönümü münasibətilə “ 9 may – qələbə Günü” adlı anım tədbiri keçirib. Tədbirdə məktəbin müəllim, şagird kollektivindən bir qrup və mədəniyyət işçilərindən ibarət olmaqla 27 nəfər iştirak edib. Tədbiri giriş sözü ilə açan kitabxana filialın müdiri Tərlan Hüseynova faşizm üzərində qələbənin əldə edilməsində Azərbaycanın müstəsna rolundan danışıb. O, çıxışında azərbaycanlılardan ibarət 416-cı diviziyanın Berlinə kimi keçdiyi şərəfli döyüş yolundan söz açıb. Həmçinin bildirib ki, hazırda Böyük Vətən müharibəsinin az sayda qalan iştirakçıları ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə əhatə olunublar.  Sənətkarlıq  klubunun müdiri Tərlan Əhmədova  çıxışında vurğulayıb ki, müharibədə Azərbaycanın qəhrəman övladları da həm ön, həm də arxa cəbhədə böyük fədakarlıq və igidlik nümunələri göstəriblər. Böyük qəhrəmanlıqlar göstərən azərbaycanlı döyüşçülər Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüblər. Qələbənin qazanılmasında Bakı neftinin də mühüm rolu olub.  Fəal məktəblilər Qələbəyə həsr olunmuş şeirlər söyləyib.