QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
8 May , 2019

08 may 2019-cu il tarixdə saat 15:30-da Yuxarı Salahlı kənd 1 saylı kitabxana filailı  1941-1945 böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucadılmış abidə  önündə II Dünya müharibəsində faşist Almaniyası üzərində əldə olunmuş tarixi zəfərin 74 illiyi münasibətilə  “9 May- faşizim üzərində Qələbə Günü” adlı  anım tədbiri  keçirib. Tədbirdə kənd Folklor evinin işçiləri və fəal oxuculardan bir qrup olmaqla 32  nəfər iştirak edib Tədbiri giriş sözü ilə açan kitabxana filialın müdiri Tamam Cəfərova qələbinin təmin edilməsində soydaşlarımızın göstərdiyi qəhrəmanlıqlardan danışıb. Bildirib ki, azərbaycanlılar müxtəlif qoşun növlərində xidmət etməklə öz vəzifə borclarını şərəflə yerinə yetirib düşmənə layiqli cavab veriblər. Folklor evinin mədəni təşkilatçısı Nuranə Hacıeyyubova çıxışında qeyd edib ki, bu cəsur insanların öz həyatları bahasına faşizmin məhv edilməsinə verdikləri əvəzsiz töhfələr dövlət tərəfindən yüksək qiymətləndirilib. Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti ilə tezliklə düşmən tapdağı altındakı torpaqlarımız geri qaytarılacaq, Azərbaycanın dövlət bayrağı Qarabağın işğal olunmuş bütün rayonlarında qürurla dalğalanacaq və xalqımız Şuşada qələbə bayramını qeyd edəcək.  Fəal oxucular  Qələbə gününə həsr olunmuş şeirlər söyləyib və 1941-1945 muharibəsi zamani həlak olanların xatirəsinə ucaldılan abidə kompleksi önünə  gül dəstələri düzüblər.