QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
9 May , 2019

  9 may 2019-ci il tarixdə saat 11:30-da Qazax rayon MKS-in Aşağı Salahlı kənd kitabxana filialı 1941-1945-ci illər abidə kompleksinin önündə faşizm üzərində qələbənin 74-cü  ildönümü münasibətilə “ 9 may – Qələbə Günü” adlı anım tədbiri keçirib. Tədbirdə Qarabağ əlili Aydın Mirzəyev, fəal oxucular və mədəniyyət işçilərindən ibarət olmaqla  29  nəfər iştirak eidb.  Tədbiri kitabxana filialın müdiri Fatmanisə Hüseynova açaraq tədbir iştirakçılarına alman faşizmi üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının  misilsiz xidmətləri olduğunu qeyd edib. 1941-1945-ci illərdə 700 min nəfərə yaxın azərbaycanlının silaha sarılaraq faşizmə qarşı mübarizədə fədakarlıq  göstərdiyini diqqətə çatdırıb. Böyük Vətən müharibəsi adlandırılan həmin qanlı savaşda arxa cəbhənin əməkçiləri də misilsiz xidmətlər göstərmişlər. Qarabağ əlili Aydın Mirzəyev çıxışında qeyd edib ki, bu gün Azərbaycan oğulları Böyük Vətən müharibəsində iştirak edən ata-babalarımızın qəhrəmanlıq yolunu şərəflə davam etdirirlər. Azərbaycan oğulları ata və babalarımızın  Böyük Vətən müharibəsi illərində göstərdiyi qəhrəmanlıqları təkrar etməyə hər an hazırdır və onlar  Ali Baş Komandanın  əmrini  gözləyirlər.  Fəal oxucular  9 may - Qələbə Gününə həsr olunmuş şeirlər söyləyiblər.   İkinci dünya müharibəsində həlak olan  Müharibə iştirakçılarının abidəsi önündə xatirə şəkili çəkilib və  güllər qoyulub.