QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
10 May , 2019

  10 may 2019-cu il tarixdə saat 11:00-da Qazax rayon MKS-in N. Nərimanov qəsəbə kitabxana filialı əbədiyaşar ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Dahi şəxsiyyət” adlı  anım mərasimi keçirib. Tədbirdə fəal oxucular və mədəniyyət işçilərindən ibarət olmaqla 21 nəfər iştirak edib. Tədbiri giriş sözü ilə kitabxana filialın müdiri Siddiqə Qələndərova açaraq “Dahi şəxsiyyət” adlı məruzə ilə çıxış etmişdir: - Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində özünün müstəsna əhəmiyyəti vardır. Ulu öndərimiz zamanı qabaqlayan, onun fövqündə dayanan elə bir dahi şəxsiyyətdir ki, o yalnız öz dövrü üçün yaşamayıb, yalnız öz dövrünün qayğıları ilə məşğul olmayıbdır...Kitabxanaçı Firuzə Vəliyeva və Folklor evinin müdiri Səlminaz Qurbanova məruzə ətrafı çıxışlarında qeyd ediblər ki, məhz ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla onun qüdrətli ardıcılı Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan inamla irəli addımlayır, özünün sabit və davamlı inkişafı ilə bölgədə liderliyini möhkəmlədir, dünyada nüfuzunu durmadan artırır.Bütün ömrünü xalqımızın firavanlığına həsr etmiş Ulu Öndərin həyat və fəaliyyəti bizim üçün güc mənbəyidir.Fəal  oxucular  ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyiblər.