QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
10 May , 2019

  10 may 2019-ci il tarixdə saat 13:30-da Qazax rayon MKS-in Aslanbəyli kənd M.Vəliyev adına kitabxana filialı tam orta məktəblə birgə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə “Ulu Öndər” adlı anım tədbiri keçirib.  Tədbirdə tam orta məktəbin müəllim, şagird kollektivindən bir qrup və mədəniyyət işçiləri olmaqla 45 nəfər iştirak edib. Tədbiri məktəbin Uşaq birliyinin rəhbəri Günay İlqar qızı açaraq bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının tarixində,Azərbaycan xalqının qəlbində özünəməxsus yeri var. Azərbaycan dövlətçiliyinin başının üstünü qara buludlar alanda Heydər Əliyev öz vətəninin, xalqının köməyinə çatdı və Azərbaycan dövlətini zirvələrdə heç zaman sönməyən parlaq günəşə çevirdi. Kitabxana filialın müdiri Şölə Rəhimova, dil-ədəbiyyat müəllimi Gülnar Nəsibova və kitabxanaçı Hilal Vəliyeva çıxışlarında qeyd ediblər ki, ulu öndər Heydər Əliyevə qarşı olan xalq sevgisi zaman ötdükcə daha çox xalqın qəlbində böyüyür və güclənir, xalq öz oğluna sonsuz sevgisini onun siyasi varisi cənab Prezidentimiz İlham Əliyevə etimad göstərmişdir.Nə qədər ki, bu xalq var Heydər Əliyev böyüklüyü yaşayacaq,nəsildən–nəsilə ötürülərək onun Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi üçün gördüyü işlər örnək olacaqdır. Bu gün də onun uğurlu siyasəti Ulu Öndərin varisi, çox hörmətli cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Fəal məktəblilər Ulu Öndərə həsr olunmuş şeirlər söyləyib.