QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
10 May , 2019

10 may 2019-cu il tarixdə saat 11:45-də Qazax rayon MKS-in Hüseynbəyli kənd kitabxana filialı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 96 illiyinə həsr olunmuş “Ulu Öndər” adlı anım tədbiri keçirib. Tədbirdə fəal oxuculardan və kənd əhalisindən bir qrup olmaqla 18 nəfər iştirak edib.Tədbiri giriş sözü ilə açan kitabxana filialın müdiri Gülşən Hadıyeva Azərbaycan xalqının Ümummilli Lideri, dünya şöhrətli dövlət və siyasi xadim Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qorunmasında və rəvan inkişaf yoluna çıxmasında göstərdiyi misilsiz xidmətlərindən söz açaraq bu tarixi xidmətlərin xalq tərəfindən həmişə ehtiramla xatırlandığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.   Kitabxanaçı Nəzakət Nəsibova müasir Azərbaycan dövlətinin  inamla irəliləyərək dünyanın qabaqcıl dövlətlərindən birinə çevrilməsinin Ulu Öndərin müdrik düşüncəsi və yorulmaz fəaliyyəti sayəsində mümkün olduğunu vurğulayıb.  Fəal oxucular Zəlimxan Yaqubun “ Bir dahi doğulub gəldi dünyaya”,  “ Dur ayağa, Azərbaycan” və Səməd Vurğunun  “Azərbaycan” şeirlərini söyləyiblər. Sonda Ulu Öndərə həsr olunmuş sərgiyə baxış olub.