QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
10 May , 2019

10 may 2019-cu il tarixdə saat 14:15-də Qazax rayon MKS-in Canalı kənd kitabxana filialı tam orta məktəblə birgə ulu öndər H. Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Zəmanəmizin böyük Azərbaycanlısı” adlı tədbir keçirib. Tədbirdə tam orta məktəbin müəllim, şagird kolletivindən bir qrup və mədəniyyət işçilərindən ibarət olmaqla 85 nəfər iştirak edib.Tədbiri giriş sözü ilə tam orta məktəbin direktoru Pərviz Alməmmədov açaraq dünya şöhrətli şəxsiyyət ulu öndər Heydər Əliyev  haqqında ətraflı məlumat verib. O, bildirib ki, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Ulu Öndər  hələ sağlığında canlı əfsanəyə çevrilib.Təlim-tərbiyə işləri üzrə müavin Nuriyyə Əmrahova, Uşaq Birliyi Təşkilatının rəhbəri Aygün Məmmədova və kitabana filialın müdiri Aynur Nuriyeva çıxışlarında Heydər Əliyevin Azərbaycanın inkişaf tarixində silinməz izlər qoyduğunu,  böyük zəhməti nəticəsində ölkəmizin dünyanın siyasi meydanında öz sözünü deyə bilən qüdrətli dövlətə çevrildiyini qeyd ediblər.Fəal məktəblilər Ulu Öndərə həsr olunmuş şeirlər söyləyiblər.Sonda Ulu Öndərə həsr olunmuş foto-stendə baxış olub.