QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
11 İyun , 2019

   11 iyun 2019-cu il tarixdə saat 15:00-da Qazax rayon MKS-in Yuxarı Salahlı kənd kitabxana filialı  15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü münasibətilə “Milli Qurtuluş Günü” adlı ədəbi-bədii kompozisiya keçirib. Tədbirdə fəal oxucular və mədəniyyət işçilərindən ibarət olmaqla 21 nəfər iştirak edib. Tədbiri kitabxana filialın müdiri Tamam Cəfərova açaraq bildirib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər vardır ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası qoyulub. Tariximizdə əlamətdar olan belə günlərdən ən önəmlisi 1993-cü ilin 15 iyun günüdür. 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Kitabxana filialın müdiri Məktubə Qocayeva  və Folklor evinin müdiri Asya Orucova çıxışlarında qeyd ediblər ki,  Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyununda Bakıya gəlişi Azərbaycanı qurtuluşa, xilasa və müstəqil dövlətçiliyə aparan yolun başlanğıcı kimi tarixə düşmüşdür. Fəal oxucular Milli Qurtuluş Gününə həsr olunmuş şeirlər söyləyiblər. “Səma”  rəqs qrupunun üzvlərinin ifasında  “Bayraq” rəqsi  və dərnək üzvlərinin sazda ifaları tədbir iştirakçıları tərəfindən maraqla izlənilib.