QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Tədbirlər
12 İyun , 2019
    12 İyun 2019-cu il tarixdə saat 14:30-da E.Hüseynov adına Qazax Mərkəzi Kitabxananın Uşaq şöbəsi Milli Qurtuluş Gününə həsr olunmuş “Əsrin dühası” adlı tədbir keçirib. Tədbirdə Qazax Tarix Diyarşünaslıq Muzeyinin və  MKS-in işçiləri olmaqla 26 nəfər iştirak edib. Tədbiri giriş sözü ilə MKS-in direktoru Solmaz Babanlı açaraq bildirib ki,  XX əsr tarixində dünya siyasətində etiraf edilən fenomen şəxsiyyət Heydər Əliyev bəşəriyyətin yetirdiyi nadir dahi olaraq bütöv bir səlnamə , tarix yaratmışdır.Uşaq şöbəsinin müdiri Firəngiz Abdıyeva və Qazax Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova çıxışlarında qeyd ediblər ki, Heydər Əliyevin 1993-cü ilin iyununda xilaskar missiyası ilə hakimiyyətə gəlişi dövlətçilik tariximizin səhifəsində şanlı bir gün yazdı. 15 iyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
Foto Qalereya