QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Tədbirlər
14 İyun , 2019

14 iyun 2019-cu il tarixdə saat 11:00 da Elmar Hüseynov adına Mərkəzi kitabxana  oxu zalında  15 Iyun Milli Qurtuluş Gününə həsr olunmuş “Tarixi xilaskarlıq missiyası” adlı dəyirmi  masa keçirilib. Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyevin, Qazax Dövlət Sosial-İqtisadi Kollecin bir qrup tələbəsi, fəal oxucular və mədəniyyət işçilərindən ibarət olmaqla 38 nəfərin iştirak etdiyi tədbiri giriş sözü ilə açan MKS–in drektoru Solmaz Babanlı müasir, qüdrətli, dünya birliyində sayılıb- seçilən dövlətlərdən biri olan müstəqil Azərbaycanın  xalqımızın xilasgar oğlu Heydər Əliyevin şah əsəri olduğunu qeyd edib.   Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev  çıxşında qeyd etdi ki, böyük dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyev dövlətçilyimizə tarixi gəlişi ilə  ən çətin məqamlarda xalqına arxa- dayaq olduğunu  bir daha sübut etdi. İndi hər birimizin qürur mənbəyimizə çevrilmiş müstəqil Azərbaycan əsası Ulu Öndər tərəfindən möhkəm özüllər üzərində qurulmuş dövlətdir...MKS-in Metodika və biblioqrafiya şobəsinin müdiri Fatma Hüseynova “Tarixi xilaskarlıq missiyası ” mövzusunda  məruzə ilə çıxış edib: Müstəqil tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun 1993-cü ildə xalqı məşəqqətlərdən qurtaran Heydər Əliyevin Naxçıvandan Bakıya dönüşü milli–mənəvi dəyərlərimizə, varlığımıza, tarixi qəhrəmanlığımıza qayıdış kimi oldu. Xalqımız nicat, qurtuluş yolunu Heydər Əliyevin simasında gördü, onu hakimiyyətə dəvət etməklə bir daha öz müdrikliyini təsdiqlədi...  

      Tədbirdə çıxış edən Sosial-İqtisadi Kollecin tələbələri: Qarasaqqalova İlkanə, Mustafayeva Günel, Əsgərova Firuzə Milli Qurtuluş Gününün müasir tariximizdə dönüş nöqtəsi olaraq Azərbaycanın  əsl müstəqillik yoluna qədəm qoyduğu bir gün olduğunu  qeyd ediblər.Sonda “Milli Qurtuluş Günü Tarixi taleyimizin qayıdış səhifəsi” adlı sərgiyə baxış keçirilib.

 

Foto Qalereya