QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
13 İyun , 2019

   13 iyun  2019-ci il tarixdə saat 14:15-də  Qazax rayon MKS-in Daş Salahlı kənd 1  saylı kitabxana filialı “15 Iyun – Milli Qurtuluş Günü”  adlı  ədəbi-bədii kompozisiya  keçirib. Tədbirdə fəal oxucular, dərnək üzvləri  və mədəniyyət  işçilərindən ibarət  olmaqla 26 nəfər iştirak edib. Tədbiri  kitabxana filialın müdiri Göyçək İbrahimova açaraq  bildirib ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Sənətkarlıq evinin müdiri Natavan Mustafayeva və multimedia mütəxəssisi Hicranə Məmmədova  çıxışlarında qeyd ediblər ki, Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Fəal oxucular Milli Qurtuluş Gününə həsr olunmuş  şeirlər söyləyiblər. Mehdiyev Alqaytın sazda və Mehdiyev Cəsarətin nağarada ifaları tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.