QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
24 İyun , 2019

  24 iyun 2019-cu il tarixdə saat 12:30-da Qazax rayon MKS – in Dəmirçilər kənd kitabxana filialı Narkomaniya və Narkobiznesə qarşı Mübarizə Gününə həsr olunmuş “Narkomaniya ilə mübarizə Ümümxalq işidir” adlı məruzə keçirib. Tədbirdə kənd Bələdiyyəsi, İcra  nümayəndəsi, Tibb məntəqəsinin işçiləri və mədəniyyət işçilərindən bir qrup olmaqla 15 nəfər iştirak edib. Tədbiri kitabxana filialın müdiri Xanım Hüseynoa açaraq  iştirakçıların nəzərinə çatdırıb ki,  narkomanlığın tarixi çox qədimdir, hələ eramızdan əvvəl narkotik tərkibli vasitələr haqqında məlumatlara Yunan, Roma həkimlərinin əsərlərində rast gəlinir. Narkomaniya "ağ ölümdür",  həyatdan üz çevirməkdir. Ən qorxulusu isə narkotik vasitələrə gənclərin meyl etməsidir.             Icra nümayəndəsi Aygül Piriməmmədova, Tarix Səmədov, Sənətkarlıq evinin müdiri Tərlan Əhmədova və tibb bacılarından Lətifə Qasımova və Gülxanım Hüseynova çıxışlarında  narkomaniyanın törətdiyi ziyanlı fəsadlardan, bəşəriyyətin gələcəkdə məhv olmaması üçün birləşib mübarizə aparmaqdan söz açıblar.  Sonda tədbir iştirakçıları “Narkomaniyaya yox deyək!” başlıqlı sərgi ilə tanış olublar.