QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
24 İyun , 2019

  24 iyun 2019-cu il tarixdə saat 15:30-da Qazax rayon MKS – in Yuxarı Salahlı kənd kitabxana filialı açıq havada 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününə həsr olunmuş “Vətən səsləyir bizi” adlı ədəbi-bədii kompozisiya keçirib. Tədbirdə fəal oxucular və mədəniyyət işçilərindən ibarət olmaqla 22 nəfər iştirak edib. Tədbiri giriş sözü ilə açan kitabxana filialın müdiri Tamam Cəfərova çıxışında bildirib ki, Ümummilli lider Heydər Əliyevin ordu quruculuğunda əsasını qoyduğu strategiya onun siyasi kursunun layiqli davamçısı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gündən-günə güclənən, qüdrətlənən Azərbaycan Ordusu dövlətimizin, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanaraq, öz müqəddəs missiyasını şərəflə yerinə yetirir. Kitabxana filialın müdiri Məktubə Qocayeva  çıxışındabayram münasibətilə Milli Ordumuzu təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Fəal oxucular Milli Orduya həsr olunmuş şeirlər söyləyib. Dərnək üzvlərinin bir-birindən maraqlı çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb.