QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Tədbirlər
10 İyul , 2019

10 iyul 2019-cu il tarixdə saat 11:00-da Qazax rayon MKS-in  E.Hüseynov adına Mərkəzi kitabxananın Uşaq şöbəsi  kitabxananın qarşısında UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası çərçivəsində “Cənnət görmək istəyən Azərbaycana gəlsin”başlığı altında sərgi təşkil edib.

Sərgidə “Cənnət görmək istəyən Azərbaycana gəlsin”, “Qədim ozan yurdu Qazaxa gəlin”, “Şairlər vətəni Qazaxım mənim”, “Tarixi abidələrimizi qoruyaq” başlıqlarda milli adət -ənənəmizi,  musiqimizi,  mətbəxmizi, tarixi abidələrimizi işiqlandıran 50-dən çox ədəbiyyat və jurnal nümayiş etdirilib.

Gün ərzində təşkil olunan sərgidə 56 nəfər iştirak edib. Kitabxananın mütəxəssisləri sərgi iştirakçılarına 30 iyun-10 iyul tarixləri arasında paytaxtımızda keçirilən YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının ölkəmizin siyasi-ictimai həyatında, mədəniyyətimizin dünyaya tanıdılmasında əhəmiyyətini qeyd edərək bildiriblər ki,  belə bir tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin böyük uğurudur. Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin Ümumdünya İrs Siyahısına daxil edilməsi ,“Sarı Gəlin” mahnısını Azərbaycan Milli Musiqisi kimi tanıdılmas tarixi nailliyyətdir. Sərgidə nümayiş etdirilən ədəbiyyat geniş oxucu marağına səbəb olub.
Foto Qalereya