QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
16 İyul , 2019

  16 iyul 2019-cu il tarixdə  saat 15:00-da  Qazax  rayon MKS-in  Yuxarı Salahlı kənd 1 və 2 saylı kitabxana filialları kənd Folklor evi ilə birlikdə “Yay məktəbi” rublikasında  “Azərbaycanı sev və öyrən”  adlı səyyar xidmət təşkil edib. Tədbirdə Z.Mahmudov  adına tam orta məktəbin şagirdləri,  valideynlər, fəal oxucular  və mədəniyyət işçilərindən  bir qrup olmaqla 36 nəfər iştirak edib. ” Azərbaycanı sev və oyrən!” və “Nağıllı dünya uşaqların gözü ilə ”  adlı  sərgidə  Azərbaycana,vətənə, şəhidlərə həsr edilmiş kitablar  və uşaqlar üçün müxtəlif adda nağıllar nümayiş etdirilib. Tədbiri 1 saylı kitabxana filialın  müdiri Tamam Cəfərova açaraq  ” Azərbaycanı sev və oyrən!” adlı məruzə ilə çıxış edib. Sonra fəal oxucular həmin mövzuya həsr edilmiş şeirlər söyləyib,  gənclər sazda mahnılar  oxuyub, kənd Folklor evinin “ Səma ”rəqs qrupunun üzvləri   isə  rəngarəng rəqslər ediblər.

Sonda tədbir iştirakçıları tərtib edilmiş  kitab sərgisi ilə yaxından  tanış olublar.