QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
20 İyul , 2019

20 iyul 2019-cu il tarixdə  saat 11:00-da  Qazax  rayon MKS-in  Yuxarı Salahlı kənd 1 və 2 saylı kitabxana filialları kitabxananın qarşısında Azərbaycan Bayrağı Ordenli Qaratel Hacımahmudovaya həsr olunmuş  “Azərbaycan Bayrağı Ordenli Qaratel Hacımahmudova” adlı anım tədbiri keçirib. Tədbirdə Z.Mahmudov  adına tam orta məktəbin şagirdləri,  valideynlər, fəal oxuculardan  bir qrup olmaqla 34 nəfər iştirak edib.Tədbiri 1 saylı kitabxana filialın  müdiri Tamam Cəfərova açaraq  ulu öndər Heydər Əliyev : “ Milli Qəhrəman adı kimə verilməlidir?  Qazaxda  bir Qaratel vardı, düşmən əlinə sağ keçməsin  deyə özünü  öldürmüşdü. Bax,  əsl Milli Qəhrəman adı o xanıma layiqdir!” –deyərək həyat və döyüş yolu haqqında məlumat verib.Folklr evinin mədəni təşkilatçısı Nuranə Hacıeyubova “ Qəhrəmanımızı tanıyaq və tanıdaq” adlı məruzə iləı çıxış edib.Z.Mahmudov  adına tam orta məktəbin şagirdləri, fəal  oxucular ”Azərbaycan –Türkiyə”, “Qarabağ”, “Üçrəngli  Bayrağım”, “Ağlama şəhid anası”, “Qalx ayağa Azərbaycan” şeirlərini söyləyiblər. Sonda tədbir iştirakçıları “Azərbaycan Bayrağı Ordenli Qaratel Hacımahmudova” adlı kitab sərgisi ilə yaxından  tanış olublar.