QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
26 İyul , 2019

26 iyul 2019-cu il tarixdə  saat 11:00-da  Qazax  rayon MKS-in  Xanlıqlar kənd  kitabxana filialı  “Yay məktəbi” rublikasında  “Kitabı tanıdın, kitabla tanının”  adlı səyyar xidmət təşkil edib. Tədbirdə İcra nümayəndəsi, fəal oxucular  və mədəniyyət işçilərindən  ibarət olmaqla 26 nəfər iştirak edib. Tədbirdə müxtəlif mövzulara dair ədəbiyyat  sərgilənib. Böyük maraqla qarşılanan  “Gəlin birlikdə oxuyaq” və “Nağıllı dünya uşaqların gözü ilə ”  adlı  sərgilərdə  tariximizə,  vətənpərvərliyə və uşaqlar üçün müxtəlif adda nağıllar  nümayiş olunub. Tədbiri  kitabxana filialın  müdiri Səbinə Alıyeva açaraq  bildirib ki, "Kitabı tanıdın, kitabla tanının"  adlı tədbirin məqsədi kitab və mütaliənin cəmiyyətdə təbliği, mütaliəyə münasibətin inkişaf etdirilməsidir. Tədbirdə oxuculara açıq havada kitabları oxumaq və kitabxanaya üzv yazılaraq nəşrləri əldə etmək imkanı yaradılıb. Fəal oxucular müxtəlif mövzuda şeirlər söyləyib