QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
31 Avqust , 2019

31 iyul  2019-ci il tarixdə saat 14:15-də Qazax rayon MKS-in Daş Salahlı kənd 1  saylı kitabxana filialı 1avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili gününə həsr olunmuş “Azərbaycan Əlifbası və Azərbaycan Dili” adlı ədəbi kompozisiya keçirib. Tədbirdə fəal oxucular, dərnək üzvləri  və mədəniyyət  işçilərindən ibarət  olmaqla 26 nəfər iştirak edib. Tədbiri  giriş sözü ilə açan kitabxana filialın müdiri Göyçək İbrahimova  bildirib ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan, inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli, onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa imkan yaradır. Sənətkarlıq evinin müdiri Natavan Mustafayeva və Sənətkarlıq klubunun müdiri Əntiqə Əliyeva çıxışlarında tədbir iştirakçılarına 1avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili günü haqqında ətraflı məlumat veriblər . Fəal oxucular  Azərbaycana, dilimizə həsr olunmuş şeirlər söyləyiblər.Sonda “Azərbaycan Əlifbası və Azərbaycan Dili” adlı sərgiyə baxış olub.