QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
31 Avqust , 2019

  31 iyul 2019-cu il tarixdə saat 14:30-da Qazax rayon MKS –in N.Nərimanov adına qəsəbə kitabxana filialı  şəhər 2 saylı Folklor evi ilə birgə açıq havada  “Yay məktəbi” rublikasında “Səyyar kitabxana”  xidməti təşkil edib. Tədbirdə qəsəbə sakinləri, fəal oxucular və  mədəniyyət işçilərindən bir qrup olmaqla 22 nəfər iştirak edib. Tədbirdə  “Nağıllı dünya uşaqların gözü ilə”, “Yeni kitablar”  və  “Əziz oxucum  bizi oxuyun” və s. başlıqlar  altında  50-ə  yaxın maraqlı kitablar və jurnallar  nümayiş etdirilib.Tədbiri giriş sözü ilə kitabxana filialın müdiri Siddiqə Qələndərova açaraq  layihənin keçirilməsi ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib. Tədbirdə təqdim olunan çoxsaylı sərgidə müxtəlif mövzulu kitablar, uşaq ədəbiyyatı  tədbir iştirakçıları  tərəfdən böyük maraqla qarşılanıb və  kitabxanaya yeni oxucular üzv yazılıb.